Binəli İldırım: “Vaxtı ilə Azərbaycana 4 helikopter göndərə bilmədik”

“Vaxtı ilə keçmiş Prezident Əbülfəz Elçibəy 4 helikopter istəyəndə göndərə bilmədik. Amma Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bildi”. Hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli İldırım deyib.“Türkiyə bu mövqeyə asanlıqla gəlməyib. Biz insanların göz rənglərinə deyil, göz yaşlarına baxırıq. Bu göz yaşları həmişə eyni rəngdədir. Odur ki, biz türkdilli dövlətlər olaraq həmişə həmrəy olacağıq”, – o bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR