“Qarabağ” iki legioneri ilə yollarını ayırdı

Mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ” iki legioneri ilə yolları ayırıb.Fanat.az-ın məlumatına görə, bunlar Riçard Almeyda və Xayme Romerodur.

Ağdam təmsilçisi ilə olan müqavilələrinin müddəti başa çatan yarımmüdafiəçilərə yeni anlaşma təklif olunmayıb. Hər iki oyunçu bu yay özünə yeni iş yeri axtaracaq.

Qeyd edək ki, ispaniyalı Xayme Romero ciddi zədə üzündən mövsümü boşa veribsə, Azərbaycan millisinin də üzvü olan braziliyalı Almeyda son “futbol ili”ndə “Qarabağ”ın əsas heyətində möhkəmlənə bilməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR