Ukrayna Rusiyanın məşhur jurnalistinə vətəndaşlıq verib

Jurnalist Aleksandr Nevzorov və onun arvadı Lidiya Nevzorovaya xüsusi xidmətlərinə görə Ukrayna vətəndaşlığı verilib.Bu barədə Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko bildirib.O, Nevzorova müharibəni dayandırmaq səylərinə və Ukraynaya dəstəyinə, kömək arzusuna görə təşəkkür edib.Qeyd edək ki, Rusiya 23 martdan etibarən jurnalistə cinayət işi açıb. Onun günahı sübuta yetirilərsə, 10 il həbs olunacaq.Ukrayna rəsmiləri isə Nevzorova qarşı ittihamların əsassız olduğunu və onun Mariupoldakı barbar cinayətlərini dünyaya çatdırdığını deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR