Deputatdan TƏKLİF: Müharibə veteranlarına verilən təqaüd ARTIRILSIN

“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”.

Bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib. O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.

Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır.

“Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, – Tahir Kərimli əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR