İsveç və Finlandiya NATO-ya bu tarixdə qoşulacaq

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında protokol imzalanacaq.
Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.
Sənədi NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri imzalayacaq.
Xatırladaq ki, ötən gün NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi Alyansa daxil olmağa dəvət edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR