“iPhone 14”ün buraxılacağı tarix AÇIQLANDI

“Apple” yeni flaqman smartfonlarını sentyabrın 13-də təqdim edə bilər.

 Lent.az bildirir ki, bu barədə “PhoneArena” nəşri məlumat yayıb.

Jurnalistlər “ihacktu” ləqəbi ilə nüfuzlu insayderin xəbərinə istinad edirlər. Açıqlanan xəbərə görə, iPhone 14 seriyalı smartfonların buraxılış tarixi ilk payız ayının ortalarında – 13 sentyabrda olacaq. Cihazlar üçün əvvəlcədən sifarişlər ya elandan dərhal sonra, ya da sentyabrın 16-da açılacaq. Sentyabrın 23-də “Apple” cihazları geniş ictimaiyyətə satışa çıxarılacaq.

Nəşrin müəlliflərinin fikrincə, “ihacktu”nun proqnozu düzgün ola bilər. Apple 5 və ya 6 sentyabrda yeni cihazları nümayiş etdirə bilərdi, lakin o zaman ABŞ-da Əmək günü qeyd ediləcək.

Mütəxəssislər qeyd ediblər ki, “iPhone 14”ün buraxılış tarixi dəyişdirilə bilər, çünki “Apple” digər smartfon istehsalçıları kimi onun təchizatçılarından asılıdır.

Proqnoza görə, “Apple” sentyabrda dörd smartfon nümayiş etdirəcək. Bu sıraya 6,1 düymlük “iPhone 14”, 6,7 düymlük “iPhone 14 Plus” (və ya “iPhone 14 Max”), 6,1 düymlük “iPhone 14 Pro” və 6,7 düymlük “iPhone 14 Pro Max” daxil olacaq. “iPhone” 13 seriyalı smartfonlar 2021-ci il sentyabrın 14-də elan edilmişdi.

İyunun sonunda “South China Morning Post” mənbələri “Apple”ın “iPhone 14” istehsalına başladığını bildirmişdilər. Şirkətin Çindəki ən böyük təchizatçısı olan “Foxconn” bununla bağlı əlavə işçilərin işə götürüldüyünü açıqlamışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR