Rusiyanın İTKİLƏRİ – Ən çox zərbəni Nikolayevdə alıblar

Ukrayna ordusu tərəfindən son sutkada 70 rus hərbiçisi öldürülüb.  Bununla da Rusiyanın fevralın 24-dən bu yana ümumi  itkisi 37 470 nəfərə çatıb.

Bu barədə  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Rusiyanın texnika sarıdan itkiləri belədir: 1 649 tank; 3 829 zirehli döyüş maşını; 838 artilleriya sistemi; 247 reaktiv yaylım atəşi sistemi; 109 hava hücumundan müdafiə sistemi; 217 təyyarə; 188 helikopter; 676 operativ pilotsuz uçan aparat; 155 qanadlı raket; 15 gəmi/qayıq; 2 min 699 avtomobil texnikası və tankerlər; 66 xüsusi texnika.

Məlumatda qeyd olunur ki, düşmən son sutka ərzində ən böyük itkini Nikolayev istiqamətində verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR