Azərbaycanda son sutkada yoluxanların sayı 250-ni keçdi, 4 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 4 nəfər ölüb.


İndiyədək ölkədə ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 096 aktiv xəstə var. Bu günə qədər 9 727 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 648, bu günə qədər isə ümumilikdə 7 008 073 test icra olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR