Qəbul imtahanında ən yüksək nəticə toplayanlar açıqlandı

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci cəhdində II ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) Ağsu rayon Musabəyli kənd orta məktəbinin məzunu göstərib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 681.4 baldır.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (388.2 bal) Ağdam rayon 89 saylı orta məktəbinin məzunu göstərib. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Şamaxı şəhər 1 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 386.8 bal, birinci mərhələsində isə 279.8 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 666.6 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR