Sürücülərin NƏZƏRİNƏ: 100 manat cərimə oluna bilərsiniz – VİDEO

Sürücülük vəsiqəniz varsa, bu, o demək deyil ki, həm avtomat, həm də mexaniki sürət qutusu olan avtomobilin hər ikisini idarə edə bilərsiniz. Bəli, səhv eşitmədiniz. Çoxları bixəbər olsa da, söhbət bir neçə il əvvəl “yol hərəkəti haqqında” qanuna  edilmiş dəyişiklikdən gedir. Bəs bu proses necə tənzimlənir? 

“B” kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyən şəxs ərizəsində əvvəlcədən qeyd etməlidir ki, avtomatik transmissiyalı avtomobili idarə edəcək, yoxsa mexaniki. Həmin sürücüyə veriləcək vəsiqədə yazılacaq qeydlər də məhz bundan asılı olacaq.

Sürücülərin bir çoxu bu dəyişiklikdən ümumiyyətlə xəbərsizdir.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, mexaniki sürət qutusu olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs isə həm mexaniki, həm də avtomat sürət qutusu olan nəqliyyat vasitəsini idarə edə bilər.

Ekspert bildirdi ki, qanunda edilən bu dəyişiklik dünya praktikasına əsaslanır. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR