Moskvada SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (“KQB”) sonuncu sədri Vadim Bakatin 84 yaşında vəfat edib.
Onun ölüm səbəbi açıqlanmır.
Bakatinin Moskvanın Troyekurov qəbirstanlığında dəfn olunması gözlənilir.
Qeyd edək ki, V.Bakatin 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dönəm daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.