Krım yenidən atəş altında: Hər tərəfdən partlayış səsləri eşidilir

Krımda yenidən partlayışlar baş verib.

Bu barədə yerli KİV-in məlumat yayıb.

Qeyd olunur ki, Sevastopolda Rusiya Federasiyası Qara Dəniz Donanmasının qərargahına PUA-dan zərbə endirilməsindən sonra Krım hakimiyyəti Yevpatoriya, Baxçasaray və Moloçnoe kəndində hava hücumundan müdafiə qüvvələrinin işlədiyi haqqında məlumat yayıb.

Krım mediası səmada partlayış səslərinin hər tərəfdən eşidildiyini yazır və insanlara mümkün qədər evdə qalmaları barədə xəbərdarlıq edir.

Bu arada Telegram kanalları Zaozernoye kəndi üzərində də partlayışların olduğunu bildirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR