“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hesabı “Qarabağ” açıb. Filip Ozobiç 39-cu dəqiqədə fərqlənib. 

Bununla belə, “Viktoriya” 58 və 73-cü dəqiqələrdə vurduğu iki qolla qalib gəlib. ƏtraflıAd – 00:44

Bu nəticə ilə Çexiya çempionu mübarizəni Çempionlar Liqasının qrup mərhələsində, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR