“Ericson” şirkəti Rusiyadakı nümayəndəliyini bağlayacaq

Telekommunikasiya avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış İsveçin “Ericson” şirkəti ilin sonunadək Rusiyadakı nümayəndəliyini bağlayacaq və əməkdaşlarını işdən azad edəcək. Bu barədə “Kommersant” məlumat yayıb.

Məlumata görə, şirkət Rusiyada fəaliyyətini tədricən dayandırmaq, bununla belə əməkdaşlara maliyyə və sosial dəstək göstərmək niyyətindədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR