Türkiyə boğazlardan keçid rüsumunu 5 dəfə artırır

Türkiyə Montrö Konvensiyasına uyğun olaraq Bosfor və Dardanel boğazlarından gəmilərin keçid rüsumunu 5 dəfə artırır. Bu barədə məlumatı “Sabah” qəzeti yayıb.

Məlumata görə, sözügedən rüsum cari ilin oktyabr ayının 7-sindən etibarən artırılacaq. Bildirilir ki, əvvəllər 1 tona görə nəzərdə tutulan 0,8 dollar olan rüsum 4 dollar olaraq müəyyən edilib.

Qəzetin məlumatına görə, bununla da Türkiyənin boğazlardan əldə etdiyi illik gəlir 200 milyon dollara qədər artacaq. Hazırda isə ölkə boğazlardan ildə 40 milyon dollar gəlir əldə edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR