Putin Qorbaçovla belə vidalaşdı – VİDEO

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-u 91 yaşında vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vidalaşıb.

Putin Mərkəzi Klinik Xəstəxanaya gələrək Qorbaçovun tabutu üzərinə gül qoyub.Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qorbaçovla vida mərasimi sentyabrın 3-ü təşkil ediləcək. Onun sözlərinə görə, Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Xatırladaq ki, Mixail Qorbaçov həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR