UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” – “Qarabağ” matçı sona çatıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Qarşılaşmanın 7-ci dəqiqəsində Qrifo, 15-ci dəqiqədə isə Doan meydan sahiblərinin heyətində fərqlənib.
“Qarabağ” 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.