AYB-də sədr bu şəxs olacaq – Abdullayev danışdı

Mənim Azərbaycan Yazıçılar Birliyinə (AYB) sədr seçiləcəyim barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu sözləri Kult.az-a açıqlamasında xalq yazıçısı Çingiz Abdullayev deyib.

“Bizim bir namizədimiz var, o da Anar müəllimdir. Onunla artıq 34 ildir ki, birlikdə çalışıram. Mən onun oğlu yerindəyəm. Namizədliyimi necə irəli sürə bilərəm? Anar olan yerdə mən heç vaxt belə şey etmərəm. Səsimi də Anara verəcəm”, – Abdullayev bildirib.

Millət vəkili, yazıçı Aqil Abbas da birmənalı şəkildə AYB-yə namizəd olaraq Anar Rzayevi dəstəklədiyini deyib.

“Mən namizəd olaraq yalnız Anarı görürəm və səsimi də ona verəcəm”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR