Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib.

 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.

Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb – 3:1.

İkinci final görüşü oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR