Bu gün Çempionlar Liqasında 8 matç var

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

4 qrupda keçiriləcək 8 oyundan sonra pley-offun daha 5 iştirakçısı bəlli ola bilər.

E qrupunda İngiltərənin “Çelsi” klubu Avstriyada “Zaltsburq”a qalib gələcəyi halda 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İtaliya “Milan”ını qəbul edəcək. Virusa yoluxan 25 yaşlı forvard bu görüşü buraxacaq.

F qrupunda “Leyptsiq” Almaniyada İspaniya “Real Madrid”ini məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Şotlandiyada “Seltik”ə uduzmalıdır.

G qrupunda Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Mançester Siti” klubunu yensə, adını növbəti mərhələyə yazdıracaq. Danimarka “Kopenhagen”i “Sevilya” ilə İspaniyadakı görüşdə xal itirsə, Bundesliqa təmsilçisini qrupdan çıxmaq üçün heç-heçə də qane edəcək.

H qrupunda isə Fransa PSJ-si və Portuqaliya “Benfika”sı 1/8 finalın 1 addımlığındadır. Paris klubu evdə İsrailin “Makkabi” (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya “Yuventus”una məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.

Çempionlar Lİqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

20:45. “Zaltsburq” (Avstriya) – “Çelsi” (İngiltərə)

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Milan” (İtaliya)

Xal durumu: “Çelsi” – 7, “Zaltsburq” – 6, “Milan” – 4, “Dinamo” – 4

F qrupu

23:00. “Seltik” (Şotlandiya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

23:00. “Leyptsiq” (Almaniya) – “Real Madrid” (İspaniya)

Xal durumu: “Real Madrid” – 10, “Leyptsiq” – 6, “Şaxtyor” – 5, “Seltik” – 1

G qrupu

20:45. “Sevilya” (İspaniya) – “Kopenhagen” (Danimarka)

23:00.”Borussiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə)

Xal durumu: “Mançester Siti” – 10, “Borussiya” – 7, “Sevilya” – 2, “Kopenhagen” – 2

H qrupu

23:00. PSJ (Fransa) – “Makkabi” (Hayfa, İsrail)

23:00. “Benfika” (Portuqaliya) – “Yuventus” (İtaliya)

Xal durumu: PSJ – 8, “Benfika” – 8, “Yuventus” – 3, “Makkabi” – 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları pley-off vəsiqəni təmin ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR