Xerson vilayətinin bir neçə yaşayış məntəqəsi Ukraynanın nəzarətinə keçdi

Xerson vilayətində bir neçə yaşayış məntəqəsi Ukraynanın nəzarətinə keçib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, rus ordusunun ələ keçirdiyi 5 yaşayış məntəqəsi yenidən Ukraynanın nəzarətinə keçib. 

Məlumata görə, rus ordusu tərəfindən ələ keçirilən Xerson rayonu ötən günlərdə əks-hücumlarla geri alınıb. Bildirilib ki, Xerson vilayətində 4, Xarkov vilayətində isə bir yaşayış məntəqəsinə nəzarət yenidən Ukraynaya keçib.

Yenidən evlərinə qayıdan dinc sakinlər gördükləri mənzərə qarşısında göz yaşlarına boğulublar.

Ayşən

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR