“Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır” – Deputat

“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Məlahət İbrahimqızı bildirib.

“Apteklərdə hətta ucuz dərmanların qıtlığı yaşanır. Dərmanların idxal rüsumu və ƏDV-nin azaldılmasını təklif edərdim”, – deyə Məlahət İbrahımqızı bildirib.

O, eyni zamanda Azərbaycanda işsizliyə görə verilən müavinətin təklifini edib: “Bir çox ölkələrdə bu, minimum əməkhaqqının 70-80%-i götürülür. Bu məsələyə də baxılsa, daha yaxşı olar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR