Ukrayna kəşfiyyatı: Rusiya müasir raketlərinin təxminən 80%-ni istifadə edib

Rusiya Ukraynanın mülki infrastrukturuna hücum edərkən müasir raketlərinin təxminən 80%-ni istifadə edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski bildirib.

Onun sözlərinə görə, Kremldə 120 “İsgəndər” və “Kinjal” (“Xəncər” – hipersəs raket kompleksi) qalıb. Məhz buna görə də Rusiya Federasiyası İrandan “Fateh-110” və “Zolfaghar” ballistik raketlərini almaq qərarına gəlib. Kreml həmin raketləri hava yolu ilə ilhaq edilmiş Krıma, dənizlə isə Xəzər regionuna çatdırmağı planlaşdırır.

Skibitskinin sözlərinə görə, Ukraynanın bu tip raketlərə qarşı effektiv müdafiəsi hələlik yoxdur, çünki onlar Rusiyanın qanadlı raketləri və ya pilotsuz təyyarələrindən daha yüksək sürətə malikdir.

Mənbə: The Economist

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR