Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.
Hadisə Qaradağ rayonunda baş verib.Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.