Ukrayna ordusunun hücumu ləngiyəcək

Qış fəsli yaxınlaşdıqca döyüş sursatlarının tədarükü, eləcə də cəbhə bölgələrinə silahların çatdırılması ləngiyəcək.

Bunu keçmiş hərbçi Frenk Ledviç “Quardian”a yazdığı məqaləsində Ukrayna ordusunun əks-hücum əməliyyatını şərh edərkən bildirib.

“Ağaclarda yarpaqların olmaması hərbçilərin düşmənin pilotsuz təyyarələrindən gizlənməsini çətinləşdirəcək, baxmayaraq ki, qalın buludlar havadan kəşfiyyatı çətinləşdirəcək”, – Ledviç qeyd edib.

Onun fikrincə, yeni komandanlıq altında olan Rusiya hərbçiləri cəbhə xəttini dondurmağa və zəbt olunmuş əraziləri öz nəzarətində saxlamağa çalışacaq:

“Eyni zamanda, Ukrayna qoşunları çox güman ki, əvvəlki aylarda olduğu kimi sıçrayış əməliyyatları həyata keçirə bilməyəcək. Baxmayaraq ki, onlar keçmişdə dəfələrlə dünyanı təəccübləndiriblər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR