Azərbaycanda məhbus intihar edib

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Mehdi Maksim oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.

İlkin məlumata görə, məhkum barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.

Faktla bağlı araşdırma başlanıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən APA-ya faktı təsdiq ediblər. Araşdırma aparılır.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov qətl törətdiyinə görə həbs olunub.

Məhkəmənin hökmü ilə ona 18 il həbs cəzası verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR