QHT təmsilçiləri və ekofəalların Laçın yolunda aksiyası gecə də davam etdirilib. Ucnoqta.az-ın əməkdaşı Şuşadan xəbər verir ki, aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilir. İştirakçılar artıq 2 gündür ki, aksiyanı davam etdirir. Hazırda aksiya davam edir. Onlar ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Tweet