Almaniyada dövlət çevrilişi etməyi planlaşdıran ifrat sağçı “Reyxsburпer” hərəkatının sui-qəsdçiləri kansler Olaf Şoltsu öldürməyi planlaşdırıblar.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu York Tayms” qəzetundə dərc olunan məqalədə bildirilir.
“Axtarışlar zamanı məlumatın açıqlanmaması ilə bağlı yüzdən çox razılaşma üzə çıxarılıb. O razılaşmaları imzalayanlar qruplaşmanın (sui-qəsdçilərin) planlarını, o cümlədən Almaniya parlamentinə hücumu və onun üzvlərinin həbsini, həmçinin kanslerin qətlini gizli saxlamağa and içiblər”, – deyə qəzet yazır.
Qeyd edək ki, dekabrın 7-də Almaniya Baş Prokurorluğu dövlət çevrilişinə cəhdin qarşısının alındığını açıqlayıb. Polis müasir Almaniyanı qəbul etməyən və Almaniya Reyxinin bərpasının mümkünlüyünə inanan ultrasağçı “Reyxsburqer” hərəkatının 25 üzvünü (ikisi İtaliya və Avstriyada) saxlayıb. Alman hakimiyyət orqanları bildirib ki, onlar Bundestaqı ələ keçirməyi və Almaniyada monarxiya elan etməyi planlaşdırıblar. Almaniya məhkəməsi bu iş üzrə 22 Almaniya və bir Rusiya vətəndaşı olan qadını həbs edib.