Rusiyalı turistlərə müddəti 1 ildən çox olan Şengen vizaları verilmir

Rusiyalı turistlərə müddəti 1 ildən çox olan Şengen vizalarının verilməsi dayandırılıb.

Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi sazişinin ləğvindən sonra Avropa ölkələrinin konsulluqları rusiyalılara bir ildən çox müddətə Şengen vizalarının verilməsini dayandırıblar. Əksər hallarda vizalar səfər müddətinə verilir.

“Viza prosesi həm şərtlər, həm də tələb olunan sənədlər baxımından ciddi şəkildə sərtləşib. Amma ən xoşagəlməz hal verilən vizaların qısa müddətli olmasıdır. Əgər əvvəllər rusiyalılar iki, üç, çox vaxt isə beş illik viza alırdılarsa, indi çoxdəfəlik giriş vizası ən çox altı ay və ya bir il müddətinə verilə bilər. Zəif viza tarixçəsi olanlara səfər müddətində yalnız bir dəfə viza verilir ”, – deyə məlumatda qeyd olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR