Hannes Halldorsson: “Gent” “Qarabağ”dan çəkinsə, yaxşı olar”

“Gent” UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ”dan çəkinsə yaxşı olar”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Hannes Halldorsson deyib.Ğ

39 yaşlı keçmiş qapıçı 2018/2019 mövsümündə formasını geyindiyi Azərbaycan təmsilçisinin avrokuboklardakı şanslarını dəyərləndirib. O, Ağdam klubunun mərhələ adlamaq ehtimalını yüksək qiymətləndirib: “Avrokubokların bu mərhələsində zəif komanda olmur. “Qarabağ”ı da yaxından tanıyan biri kimi deyə bilərəm ki, onlar “Gent”ə ciddi müqavimət göstərəcəklər. Belçika təmsilçisi rəqibinə yuxarıdan aşağı baxsa, turniri tərk etməklə cəzalandırıla bilər”.

İslandiya millisinin keçmiş kapitanı onun dönəmində “Qarabağ”da ehtiyat qapıçı olan Şahruddin Məhəmmədəliyevin ünvanına xoş fikirlər səsləndirib: “Futbolda qapıçı ən riskli mövqedir. Bir səhvin səni antiqəhrəman, bir qurtarışın isə qəhrəman edə bilər. Şahruddin Məhəmmədəliyev də “Qarabağ” üçün önəmli fiqurdur. Mən orada olanda da məşqlərdə çox çalışırdı. Bu fədakarlığı sayəsində hazırda bir nömrəli qolkiperdir. Ona dəstək vermək lazımdır”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə 23-də Gentdə baş tutacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR