Zelenskinin xanımı Davosda qəza xəbərinə ağladı – Fotolar

Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışından bir neçə dəqiqə əvvəl ağlayıb.

Ukrayna mediası xəbər verir ki, buna səbəb Yelena Zelenskayaya Brovarıda baş verən helikopter qəzası ilə bağlı məlumatın verilməsi olub.

Zelenskaya sözügedən xəbəri aldıqda göz yaşlarına hakim ola bilməyib və ağlayıb.

Forumun Prezidenti Borqe Brende qəzada həlak olanların xatirəsini yad etmək üçün 15 saniyəlik sükut elan edib.

Xatırladaq ki, bu gün Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində helikopter qəzaya düşüb. Qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin də olmaqla ümumilikdə 18 nəfər həlak olub, daha 26 nəfər isə yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR