Rusiya Estoniya səfirini ölkədən qovdu

Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı endirir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre XİN-ə çağırılıb və ona Estoniya hakimiyyətinin atdığı addımlarla bağlı kəskin etiraz edilib. Həmçinin səfirə fevralın 7-dək ölkəni tərk etməsi barədə sənəd imzaladılıb.

Rusiya XİN-dən bildirilib ki, ikitərəfli münasibətlərin bu şəkildə inkişafı ilə bağlı bütün məsuliyyət Estoniyanın üzərinə düşür. Rusiya Federasiyası Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcək: “Total rusofobiya, ölkəmizə qarşı düşmənçiliyin cücərdilməsi Tallin tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılıb”.

Qeyd edək ki, Rusiya XİN buna səbəb kimi ölkənin Tallindəki səfirliyinin heyətinin ixtisarı barədə qərarı göstərib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR