DGK-da növbəti əməliyyat: saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ötən gündən başlayan əməliyyat tədbirləri bu gün də davam edir. 

İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfərin saxlanılıb, beş nəfərin isə izahatı alınıb.

10:34

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.


APA xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR