Rusiyanın Ukraynada itkiləri açıqlandı

Ötən sutka ərzində Ukrayna hərbçiləri 780 rus işğalçısını məhv edib. 

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkəsində verdiyi məlumata görə, 24 fevral 2022-ci ildən 26 yanvar 2023-cü il tarixədək düşmənin ümumi döyüş itkiləri təxminən 123 860 (+780) nəfər olub.

Bundan əlavə, tanklar – 3175 (+14) ədəd, zirehli döyüş maşınları – 6334 (+27),artilleriya sistemləri-2169 (+15), MLRS-452 (+2), hava hücumundan müdafiə vasitələri-220, təyyarə-292 (+2), vertolyotlar – 282 (+1), PUA əməliyyat-taktiki səviyyəsi-1908 (+6), qanadlı raketlər – 749, gəmilər/qayıqlar – 18, avtomobil avadanlığı və tankerlər – 4986 (+19), xüsusi texnika – 195 (+1) məhv edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR