Fransadan qalmaqallı azərbaycanlı oliqarxa 4 milyon avro ultimatumu

62180_res_01Qalmaqallı və ekstravaqant azərbaycanlı oliqarx, “Hafka” ləqəbi ilə tanınan, hazırda müflis vəziyyətə düşən Hafiz Məmmədova Fransadan ultimatum gəlib.

Virtualaz.org saytı Fransa mənbələrinə istinadən xəbər verir ki, əgər o, sentyabrın 1-nə keçən gecəyə qədər, yəni növbəti bir sutka ərzində “Lans” klubunun hesabına 4 milyon avro köçürməsə, kluba futbolçu transferi qadağan ediləcək. Bu halda klubun prezidenti Jerve Martelin “Hafka” ilə münasibətləri kəsib onun barəsində fırıldaqçılıq ittihamı ilə məhkəməyə müraciət etməsi gözlənilir.

Xəbər verildiyi kimi, ötən il “Lans”ın nəzarət səhm paketini 20 milyon avroya alan “Hafka” bu il müflis olaraq klubun büdcəsinə pul verə bilməyib. Baxmayaraq ki, o, may ayında Parisdə təntənəli şəkildə “Lans”ın bu mövsüm üçün büdcəsinə 17 milyon avro pul ayıracağına dair rəsmi sənədi imzalamışdı.

62181_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR