NATO-dan Rusiyanın yeni hücumu ilə bağlı açıqlama

NATO Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlaşdığını müşahidə edir.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Seulda Gələcək Təhqiqatlar İnstitutnda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya artıq yeni hücum üçün səfərbərliyə başlayıb.

“Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar. 200 min, bəlkə də daha çox insanı səfərbər ediblər. Onlar aktiv şəkildə silah və sursat hazırlayırlar”, – deyə alyansın baş katibi bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR