ABŞ prezidenti Co Bayden Polşada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
Ucnoqta.az xəbər verir ki, Polşanın “Dziennik Gazeta Prawna” qəzetinin Kiyevdəki diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna tərəfi artıq təklif olunan danışıqlar proqramını hazırlayır.
Məlumata görə, Zelenski Baydenə 10 bəndlik sülh planını, o cümlədən rus işğalçıları tərəfindən törədilən müharibə cinayətlərini araşdırmaq üçün Xüsusi Tribunalın yaradılmasını təqdim etməyi planlaşdırır. Paralel olaraq Ukrayna üçün silahlar, xüsusən də ABŞ-ın icazəsi ilə Polşadan mümkün təyyarələrin ötürülməsi ilə bağlı danışıqlar aparılacaq.