ABŞ dövlət katibi Antoni Blinken ABŞ hava məkanında Çinə məxsus casus şarının aşkarlanmasından sonra Pekinə səfərini təxirə salıb.
Musavat.com xəbər verir ki, Ağ Ev sözügedən məsələ ilə bağlı bəyanat yayıb.
“Bu, beynəlxalq hüququn, eləcə də suverenliyimizin kobud şəkildə pozulmasıdır və qəbuledilməzdir”, – deyə Ağ Ev bildirib.
Çinin ABŞ hava məkanında təsbit edilən yüksək hündürlükdə olan şarın meteoroloji şar olduğu və hava şəraitinə görə sürüklənməsi ilə bağlı açıqlaması ABŞ-ı qane etməyib.
