Azərbaycan çempionatının matçları 1 dəqiqəlik sükutla başlayacaq

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək iki oyun bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, Türkiyənin bir neçə bölgəsində baş vermiş zəlzələdə həlak olanların xatirəsinə anmaq üçün bu addım atılıb.

Qeyd edək ki, bu gün “Şamaxı” “Turan Tovuz”la, “Sabah” “Səbail”lə qarşılaşacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR