Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.
“Medicina” xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında həyat yoldaşı Salatın Əhmədli bildirib.
O qeyd edib ki, Tağı Əhmədov Bakıda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
“Tağı müəllimin səhhətində problem yaranıb. Onun ayaqları işləmir. Hazırda müalicədədir. Ayaqlarının niyə tutulduğunu bilmirik. Ancaq həkimlər problemin düzələcəyini bildirirlər”.