Türkiyədə baş verən dəhşətli zəlzələrin süni şəkildə yaradıldığı iddiası gündəmdən düşmür.
Cebhe.info xəbər verir ki, almaniyalı alimlər də zəlzələnin süni yaradılması ehtimalından danışıblar.
Belə ki, araşdırmaçı Veysel Boynueğri almaniyalı alimlərin dediklərini mətbuatla paylaşıb.
O, alman alimlərinin HAARP (The High-frequency Active Auroral Research Program) texnologiyasına diqqət çəkdiyini vurğulayıb:
“HAARP layihəsinin arxasında Böyük Britaniyanın “BAE Systems” adlı şirkət dayanır. Dünyada HAARP qədər güclü ionosfer qızdırıcısı yoxdur. ABŞ xaricində sadəcə Rusiyada və Skandinaviya yarımadasında var. Xüsusilə Rusiya bu məsələdə çox inkişaf edib. ABŞ-ın HAARP üçün Alyaskanı seçməsinin əsas səbəbi də orada əhalinin daha az olmasıdır”.
Araşdırmaçının sözlərinə görə, almaniyalı mütəxəssislər Türkiyədəki zəlzələnin HAARP texnologiyası ilə yaradıla biləcəyini açıqlayıblar:
“Düşünürəm ki, Türkiyədə HAARP texnologiyası ilə zəlzələ yaradıla bilər. İstanbul və Yalova arasındakı fay xəttində enerji yığılması var idi. HAARP həmin enerjinin hərəkətə keçməsinə təkan verə bilər. Çünki həqiqətən bu bölgədə ciddi bir enerji kütləsi mövcuddur. Üstəlik, HAARP texnologiyasının təkan verməsi şiddətli zəlzələlərə səbəb ola bilər”.
Qeyd edək ki, son zamanlarda Türkiyədəki zəlzələnin ABŞ-ın HAARP texnologiyası ilə süni yaradıldığına dair ciddi müzakirələr gedir. Mütəxəssislər tez-tez bu barədə açıqlamalar verərək, diqqət mərkəzinə düşürlər.