Müxalifət parçalandı: Akşener “altılı masa”dan getdi

Dünən Türkiyədə baş tutan qalmaqallı toplantının ardından İYİ Partiya sədri Meral Akşener ilk dəfə açıqlama verib. 

Cebhe.info xəbər verir ki, o, açıq şəkildə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxıb. Jurnalistlərə açıqlama verən Akşener dünən toplantıda baş verənlərdən danışıb: 

“Sonda deyəcəklərimi əvvəldən deyirəm. İYİ Partiya ölümlə yaşam arasında bir seçim etmək məcburiyyətində qalıb. Buna boyun əyməyəcəyik. 2010-cu ildə millətin gələcəyini düşünənlərə qarşı durduğumuz kimi, bu gün də dimdik ayaqda dayanırıq. 2015-ci ildə millətin canına qəsd edənlərə qarşı durduğumuz kimi, bu gün də dimdik dururuq.

2020-ci ildə “asanlıqla seçilərəm” deyənlərin qarşısında durduğumuz kimi, bu gün də eyni şəkildə durduq. Bu, partiyamızın yaranmasının və varlığının səbəbidir. Biz bu günlərə öyrəşilmiş məğlubiyyətlərə qarşı duraraq gəldik. Millətimizin gözləntilərini dinlədik”. 

O, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini təklif etdiyini bildirib: 

“Bütün fikir ayrılıqlarımıza baxmayaraq, 5 partiya ilə bir masa arxasında əyləşdik. Bir çox vacib məsələlərdə razılığa gəldik. Dünənki iclasda da namizəd məsələsini müzakirə etdik. 5 partiya Kamal Kılıçdaroğlunun adını prezidentliyə namizəd olaraq masaya gətirdi. Biz isə Mansur Yavaş və Əkrəm İmamoğlunun namizədliyini gündəmə gətirdik. Lakin bu təklifimiz qəti şəkildə rədd edildi. Onlar şəxsi ambisiyaları Türkiyədən üstün tutdular. Dünən “altılı masa” millətin iradəsini qərarlarına yansıtma iradəsini itirib. Artıq “altılı masa” notarius masasına çevrilib. Nə bir qumar masasında, nə də bir notarius masasında olmayacağıq. Ya tarix yazacağıq, ya da tarix olacağıq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR