Rusiyanın Ukraynada itkiləri AÇIQLANDI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 158 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 458 tank, 6 762 zirehli maşın, 2 483 artilleriya sistemi, 493 reaktiv yaylım atəşi sistemi, 257 hava hücumundan müdafiə sistemi, 304 təyyarə, 289 helikopter, 2 108 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 344 avtomobil texnikası və avtosistern, 242 xüsusi texnikadan ibarətdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR