“Qarabağ” – “Qalatasaray” xeyriyyə matçına bilet satışı davam edir.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, artıq 2 gün əzində 50 mindən çox bilet satılıb.
Qeyd edək ki, martın 26-sında Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.