“Uşaq evdə çiməndə uşağın hər yeri göy idi”
Bu fikirləri Baku.tv-yə açıqlamasında 7 yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib. O, Mehman Xəlilova ən ağır cəzanın verilməsini istəyib:
“Bizə səhərə yaxın xəbər etdilər özümü çatdırdım. Fərid növbəti gün yarışa çıxmalı idi. Mehmana nə olubsa həmin gün olub. Uşaq evdə çiməndə uşağın hər yeri göy idi.
Artıq üç gündür ki yatmıram. Uşaq elə bil onun üçün futbol topudur. Qardaşının yanında o uşağı qaldırıb yerə çırpır. Mehmana etdiklərinə görə ən ağıır cəza verilməldir”.
Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.