Haland bu rekordu qırdı

“Mançester Siti”nin futbolçusu Erlinq Haland Premyer Liqa tarixinə düşüb.

Qaynarinfo-nun məlumatına görə, “Mançester Siti”nin “Vest Hem”lə görüşündə 70-ci dəqiqədə fərqlənən norveçli hücumçu vurduğu qolla liqa tarixinə düşüb. İngiltərə çempionatında qollarının sayını 35-ə yüksəldən Haland bir mövsüm ərzində ən çox fərqlənən futbolçu olub.

Hücumçu bu mövsüm 51 oyunda 45 qola imza atıb. 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR