Sözün bitdiyi an… Atasını öldürərək telefonunu satdı VİDEO

Şəkidə kişinin öldürülməsi bir-neçə gün sonra məlum olub.

Xezerxeber.az xəbər verir ki, mayın 12-də rayonun İnçə kənd sakini, 64 yaşlı İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırmalardan sonra İsmayıl Gülüyevin oğlu tərəfində qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. İddia edilir ki, Katıf Gülməmmədli atasını öldürdükdən sonra telefonu götürərək aradan çıxıb.

Qonşuların sözlərinə görə, İsmayıl Gülüyev həyat yoldaşı rəhmətə getdikdən sonra uzun illər imiş ki, tək yaşayırmış.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR