Səbuhi Əhmədov və daha yeddi şəhidin adı Bakı küçələrinə verildi – CƏDVƏL

Bakıda küçələrdən birinə 12-14 sentyabr 2022-ci ildə erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun adı verilib.

Bu barədə Oxu.Az-a şəhidin qardaşı Sənan Əhmədov məlumat verib. O bildirib ki, paytaxtın Xətai rayonunda yerləşən Abidə küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Şəhid Səbuhi Əhmədov ilə yanaşı, daha yeddi şəhidin adı küçələrə verilib.

Belə ki, ümumilikdə səkkiz şəhidin adları Bakı şəhəri, Sabunçu, Səbail və Xətai rayonları üzrə müfaiq küçələrə verilib.

Qərara əsasən, adlar Sabunçu, Səbail və Xətai rayonları üzrə aşağıdakı kimi dəyişdirilib:

RayonKüçənin köhnə adıKüçənin yeni adı
SabunçuMaştağa qəsəbəsi, Burla Xatun küçəsiYalçın Rəhimov küçəsi
SəbailBuxta küçəsiNicat Şükürlü küçəsi
SəbailBadamdar qəsəbəsi, Qədim Qala küçəsiYusif Budaqov küçəsi
SəbailBadamdar qəsəbəsi, Neftçilər küçəsiCavidan İbrahimli küçəsi
SəbailBadamdar qəsəbəsi, Məktəbli küçəsiCəmil Məmmədli küçəsi
SəbailBadamdar qəsəbəsi, Yanardağ küçəsiBakir Quliyev küçəsi
Xətai3-cü Liman küçəsiRəcəb Yolçu oğlu küçəsi
XətaiSülh küçəsiKəmaləddin Məmmədzadə küçəsi
XətaiAbidə küçəsiSəbuhi Əhmədov küçəsi

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə  küçələrə adların verilməsi həyata keçirilib. Müvafiq sxemlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR