Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov söz söz deyib.
“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, özünü təqsirli bilməyib.
İ.Süleymanov son sözünün davamında ittihamları qəbul etmədiyini söyləyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Növbəti məhkəmə prosesi iyunun 5-dək təxirə salınıb. Həmin gün məhkəmədə hökmü elan edəcək.