Forbes jurnalı hər il olduğu kimi yenə də Amerikanın ən zəngin qadınlarının siyahısını açıqlayıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilki ən zəngin qadınlar siyahısına maraqlı adlar daxil olub.
Beləki, hazırda ikinci övladına hamilə olan Rihanna zənginlər siyahısında 20-ci yerdə qərarlaşıb. Rihannanın SavageX Fenty adlı alt paltar və Fenty Beauty adlı gözəllik markası var. Müğənni 1,4 milyard dollar qazancı ilə musiqi sənayesində dünyanın ən varlı qadınları siyahısındadır.

17 illik musiqi karyerası ərzində aldığı mükafatlarla tarixə düşən müğənni Taylor Svift isə musiqi sənayesinin ikinci ən zəngin qadınıdır. Svift 740 milyon dollarla siyahıda 34-cü yerdədir.

Hazırda “Renessans” adlı dünya turu ilə pərəstişkarları ilə görüşən Beyons siyahıda 48-ci yerdədir. “Forbes”in məlumatına görə, müğənninin ümumi gəliri 540 milyon dollardır.

“Keeping Up with The Kardashians” realiti şousu ilə dünyada fenomenə çevrilən Kardaşyan/Cenner klanının ən gənc üzvü Kayli Cenner ardıcıl 6-cı dəfə siyahıda yer alıb. Kayli Cennerin sərvəti 680 milyon dollardır. O, sıyahıda 38-ci yerdə qərarlaşıb.
Realiti şou ulduzu və sahibkar Kim Kardaşyan isə 1,2 milyard dollarla siyahıda 21-ci yerdədir.